Digər

“Dinamo” qalib gəldi

Kişi həndbolçular arasında Azərbaycan çempionatında final mərhələsinin daha iki oyunu baş tutub.

Aut.az xəbər verir ki, V-VI yerlər uğrunda mübarizə aparan “İdman Akademiyası” və “Dinamo” komandaları üz-üzə gəliblər.

Qarşılaşma “Dinamo”nun qələbəsi ilə bitib – 35:30.

“Təhsil” – “Gənclər Birliyi” matçında isə nominal ev sahibi qalib gəlib – 38:24.