Bizi alçaltmaq haqqını heç kimə verməyəcəyik: Olimpiya çempionundan Trampa cavab
Ukrayna Ali Radasının deputatı və yunan-Roma güləşi üzrə Olimpiya çempionu Jan Belenyuk Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a qalmaqallı səfərindən sonra sosial şəbəkədə paylaşım edib.
Xatırladaq ki, fevralın 28-də Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib. Onlar nadir torpaq metallarının hasilatı ilə bağlı müqavilə imzalamalı idilər, lakin danışıqlar Tramp və ABŞ vitse-prezidenti J.D.Venslə mübahisədən sonra qalmaqalla başa çatıb.
“Fox News” daha sonra ABŞ prezidentinin Zelenskini Ağ Evdən qovduğunu bildirib.
“Hələlik Trampın yaxşı bacardığı yeganə şey ukraynalıları birləşdirməkdir! Tarixin ən çətin anlarında xalqın əsas məqsəd ətrafında birliyi – sağ qalmaq bizə daha da mübarizə aparmaq şansı verir!
Ukraynalılar bunu dəfələrlə nümayiş etdiriblər! Və biz əylənəndə də, qanımız axanda da, bizi alçaltmaq haqqını heç kimə verməyəcəyik! Gəlin birləşək! – Belenyuk yazıb.
Aut.az
