İtaliya məhkəməsi rusiyalı məşqçiyə bəraət verdi
İtaliya Federal Məhkəməsi gənc idmançılara qarşı qəddar məşq üsullarından istifadə etdiyinə görə ittiham olunan rusiyalı Olqa Tişinaya bəraət verib.
Aut.az xəbər verir ki, bu barədə “La Stampa” məlumat yayıb.
Rusiyalı mütəxəssis İtaliyanın bədii gimnastika üzrə aparıcı məşqçisi Emanuela Makkaraninin köməkçisidir. “Təlim zamanı dəfələrlə nalayiq sözlər söylədiklərinə görə” Makkarani və Tişina, nəşrin yazdığına görə, töhmət alıblar.
Qeyd edək ki, iki bacının anası qızların çəkisinə və xarici görünüşünə görə məşqçilər tərəfindən psixoloji zorakılığa məruz qalması ilə bağlı şikayət ərizəsi yazmış və araşdırma başlamışdı.
İddia olunurdu ki, məşqçilər öz oyunçularına “psixoloji təzyiq” tətbiq ediblər ki, bu da uşaqlarda “yemək və psixoloji pozğunluqlara” səbəb olub.
Amma araşdırmalardan sonra məhkəmə məşqçiyə bəraət verib.
Aut.az
