Qaydasız döyüş

Castin azərbaycanlı ilə döyüşü haqda: Böyük riskdir

Yüngül çəkidə ikiqat UFC çempionu tituluna iddialı (70 kq-a qədər) amerikalı Castin Qetci martın 9-da Las-Veqasda (ABŞ) UFC 313 turnirində azərbaycanlı Rafael Fiziyevlə revanş görüşünün elan olunmasını şərh edib.

Aut.az xəbər verir ki, əvvəlcə Qetcinin rəqibi avstraliyalı Den Huker olmalı idi, lakin o, əlindən aldığı zədə səbəbindən döyüşdən imtina etdi.

“Arman və Çarlz məlum səbəblərə görə “yox” dedilər. Maks və Dastin də “yox” dedilər. Moykano “yox” dedi. Dünya boyu uçaraq  bu mübarizəni qəbul etdiyinə görə Fiziyevə hörmət. Elit hücumçu ilə revanş oyunu mənim üçün böyük riskdir. Həyat bir səyahətdir”, – Castin yazıb.

Aut.az