İspaniya

Hər şey ona doğru gedir: “Barsa” əfsanəni qaytarır

2025-ci ilin yayında “Barselona” “İnter Mayami” klubunun əfsanəvi argentinalı hücumçusu Lionel Messi ilə müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Aleks Kandal məlumat yayıb.

Mənbə 37 yaşlı futbolçunun özündən də sitat gətirir: “Yenilənmiş “Kamp Nou”da oynamadan karyeramı bitirə bilmərəm”.

Argentinalının “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədə olduğu üçün transfer azad agent əsasında baş tuta bilər.

Lionel Messi canlı əfsanə və “Barselona” tarixinin bombardiridir. 2010-cu illərin ortalarında o, Luis Suarsz və Neymarla birlikdə məşhur MSN hücum triosunun əsas fiquru idi.

2025-ci ildə Lionel Messi klub səviyyəsində 2 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 20 milyon avro qiymətləndirir.

Aut.az