İspaniya

Təklif var: “Real”ı tərk edir?

“Real Madrid”in ukraynalı qapıçısı Andriy Lunin yay transfer pəncərəsində klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 26 yaşlı qolkiper aldığı oyun müddətindən narazıdır. Bəzi klublar ukraynalıya maraq göstərir, ona əsas qapıçı rolunu təklif edirlər. Lunin Madridi tərk edərsə, ispan nəhəngi Tibo Kurtuanı əvəz edə biləcək yeni qapıçı axtarmağa məcbur olacaq.

Bu mövsüm Andrey Lunin klub səviyyəsində 8 oyun keçirib. “Transfermarkt” internet portalı oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir. Andreyin müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Aut.az