Klublar toplaşdılar: “Real”ın cəzalandırılmasını tələb edirlər
Fevralın 6-da RFEF-in iclası keçirilib və orada La Liqa futbol klublarının nümayəndələri çempionatın rəhbərliyindən “Real Madrid”ə qarşı sanksiyalar tətbiq etməyi tələb ediblər.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar Madrid komandasının hakimlik sisteminə qarşı ittihamlarından narazılıqlarını bildiriblər. Əksər komanda nümayəndələri hesab edir ki, “Real” hakimlərə təzyiq göstərməyə çalışır.
İclasda “kral klubu”nun nümayəndələrinin olmadığı qeyd edilir.
“Real Madrid” rəhbərliyi “Espanyol”la matçda (0:1) hakimlərin işini tənqid edərək, hakimlərin bir sıra kobud səhvlərinə diqqət çəkib. Bununla bağlı Madrid komandası İspaniya Kral Futbol Federasiyasına şikayət edib.
Luis Medina Kantalyexonun rəhbərlik etdiyi hakimlər briqadasının La Liqa oyunlarını idarə etməkdən uzaqlaşdırıldığı da məlum olub.
Aut.az
