ÇL-də bunu bacaran ilk komanda “Real” oldu
“Real” Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti”ni iki matçın nəticəsində üstələyərək (3:2, 3:1) ardıcıl 22-ci dəfə turnirin 1/8 finalına yüksəlib.
Aut.az xəbər verir ki, bununla “Los Blankos” turnir tarixində rekorda imza atıb. Bu barədə “Opta” məlumat yayıb.
Bildilir ki, Madrid klubu 2003/2004 mövsümündə mərhələnin tətbiq olunduğu vaxtdan bütün mövsümlərdə Çempionlar Liqasının 1/8 finalına yüksələn ilk klub olub.
Aut.az
