Türkiyəli oyunçu Azərbaycan klubunda
“Quba” heyətinə türkiyəli basketbolçu qatıb.
Aut.az xəbər verir ki, Şəhriyar Əsgərovun baş məşqçisi olduğu komanda Tunahan Aslantaşla anlaşıb.
O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.
2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq “Quba”nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.
