Dünya futbolu

Qələbə onların qanındadır: Messinin övladlarından unikal rekord

Sosial şəbəkələrdə “İnter Mayami” nin və Argentina millisinin hücumçusu Lionel Messinin uşaqlarının qazandıqları uğurlar haqda danışılır.

Aut.az xəbər verir ki, Messinin hər üç oğlu – Tiaqo, Çiro və Mateo öz yaş qruplarında “İnter Mayami” akademiyasının komandalarının heyətində çempion olublar.

“Qələbə onların qanındadır🏆🔥”, – ESPN FC yazıb.

Xoşbəxt uşaqlar ana və ataları ilə şəkil çəkdirdiblər.

Bir futbol azarkeşi paylaşımın altında “Böyük futbolçuların evi” yazıb.

Aut.az