Basketbol onun həyatını necə xilas edib?
“Finiks Sanx”ın hücumçusu, ikiqat NBA çempionu, 36 yaşlı Kevin Dürant basketbolun həyatını xilas etdiyini etiraf edib.
“Mən insanların bir-biri ilə belə danışmadığı bir bölgədən gəlirəm. Dünyada bu qədər nifrət var. Bu məni çox əsəbiləşdirir. Bu oyun mənim həyatımı xilas etdi. O, məni və ailəmi bir çox pislikdən çıxardı, ona görə də bu oyuna minnətdaram”, – “Fadeaway World” portalı Dürantdan sitat gətirib.
Amerikalı oyunçu cari NBA mövsümündə 41 matçda iştirak edib. Dürant hər oyuna orta hesabla 27,3 xal və 6,0 ribaund yığır.
Aut.az
