Basketbol

Azərbaycan yığması biabırçı hesabla uduzdu, ana və qızı eyni vaxtda oynadı

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.

Aut.az xəbər verir ki, Avropa çempionatının (EUROBASKET 2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar.

Ana və qız Litva millisinə qarşı oyunda da, meydançada birlikdə mübarizə aparmışdılar.

Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatının C divizionunun qalibidir.