“Los-Anceles” hələ Lebronla əlaqə saxlamayıb
“Los-Anceles Leykers” komandasının rəhbərliyi danışıqlar pəncərəsinin açılmasından bəri 41 yaşlı hücumçu və dördqat liqa çempionu Lebron Ceymslə əlaqə saxlamayıb.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu insayder və ESPN jurnalisti Şams Çaraniya məlumat verib.
Jurnalistin sözlərinə görə, Ceyms karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirir: “Los-Anceles”də qalmaq və ya 2003-cü ildə karyerasına başladığı “Klivlend”ə qayıtmaq.
Lebron 2018-ci ildə “Kavalyers”dən “Leykers”ə qoşulub.
Aut.az
