Bellinqem hakimlə arasında yaşanları danışdı: Sözlərimi təkrarlamaq istəmirəm
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 24-cü turunda “Osasuna” ilə oyunda (1:1) qırmızı vərəqə almasından danışıb.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Sözlərimi təkrarlamaq istəmirəm, amma komandanı bu vəziyyətdə qoymaq istəməzdim. Videoya baxsanız görərsiniz ki, orada deyilənlər hakimin rəyində yazılanlarla eyni deyil. Ümid edirəm ki, federasiya bunu nəzərə alacaq.
Mən heç kəsi təhqir etməmişəm, bu, göz qabağındadır. Bunu hakimə yox, özümə dedim. Bu, anlaşılmazlıq idi – hakimin açıq-aşkar səhvidir”.
Aut.az
