Burnunu yenə sındırdı: Bu dəfə snoubord sürərkən – FOTO
Orta çəkidə keçmiş UFC çempionu (84 kq-a qədər) amerikalı Şon Striklend snoubord sürərkən burnunu sındırıb.
Xatırladaq ki, amerikalı idmançı fevralın 9-da Sidneydə (Avstraliya) UFC 312 turnirində baş tutan sonuncu döyüşündə orta çəkidə UFC çempionu, cənubi afrikalı Drikus dyu Plessislə üz-üzə gəlmişdi.
Döyüş bütün beş raund davam edib və hakimlərin yekdil qərarı ilə cənubi afrikalı döyüşçünün qələbəsi ilə yekunlaşıb. Döyüşdən sonra amerikalı burnunun 6 yerindən qırıldığını etiraf etmişdi.

Aut.az
