İspaniya

“Real” federasiyaya plan təqdim edəcək: Məqsədi nədir?

“Real” hakimlik sistemini təkmilləşdirmək üçün plan təqdim etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Manu Karreno “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu”nun hazırladığı plan şəffaflıq prinsiplərinə əsaslanacaq, ilk növbədə VAR sisteminin işləməsi ilə bağlı olacaq. “Real” istəyir ki, azarkeşlər matçlar zamanı VAR hakimlərinin nə dediyini bilsinlər.

Bundan əvvəl “Real” İspaniya Kral Futbol Federasiyasına (RFEF) La Liqanın 22-ci turunun “Espanyol”la oyununda (0:1) hakimliklə bağlı rəsmi şikayət göndərib. Klub açıqlamasında İspaniyada hakimlik sisteminin tamamilə yenidən qurulmasına çağırıb.

Aut.az