Çempionlar Liqası

Qvardiola “Real”a məğlubiyyətin günahkarını açıqladı

 “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”a məğlubiyyət (2:3) haqda danışıb.

Aut.az xəbər verir ki, Qvardiola məğlubiyyətdə hər kəsin günahının olduğunu bildirib.

“Mən uzun illərdir “Mançester Siti”dəyəm və görkəmli komandanın, əsl maşının bir hissəsiyəm, lakin hazırda komandaya yaranan vəziyyətlərin öhdəsindən gəlməyə kömək edəcək nə isə təklif edə bilmərəm. Bu nəticələrə görə məsuliyyət hamımızın üzərinə düşür.

Etiraf edirəm ki, bizim sistemdə hər şey əvvəlki kimi işləmir. Bir oyunçunu günahlandırmaq asan olardı, amma bu absurddur.

Hər kəs günahkardır, ilk növbədə mən. Məsələ ondadır ki, biz kifayət qədər stabil deyilik”, – Qvardiola “Sky Sports”a bildirib.

Aut.az