Çempionlar Liqası

ÇL-in ən sürətli oyunçusu – UEFA açıqladı

“Borussiya Dortmund”un cinah oyunçusu Kərim Adeyemi ötən ilki UEFA Çempionlar Liqasının ən sürətli oyunçusu olub.

Aut.az xəbər verir ki, UEFA-nın saytında dərc olunmuş texniki hesabatda 22 yaşlı alman futbolçunun həmin mövsüm ən yaxşı sürəti göstərdiyi qeyd olunub.

“Real Madrid”lə turnirin final oyununda Adeyemi 37,8 km/saat sürət yığıb. İkinci ən sürətli oyunçu PSJ-nin müdafiəçisi Nuno Mendes olub – onun göstəricisi 37,2 km/saat olub.

İlk üçlüyü 36,1 km/saat sürətlə Paris klubunun keçmiş forvardı, hazırda isə “Real”ın futbolçusu Kilian Mbappe tamamlayıb.

Adeyemi bu mövsüm Almaniya klubunda 5 matçda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az