İspaniya

Mbappe tarixə düşdü: Bunu bacaran ən gənc futbolçu oldu

“Real”ın futbolçusu Kilian Mbappe 500 qol+məhuldar ötürmə həddinə çatıb.

Aut.az xəbər verir ki, 26 yaşlı forvard bu uğura imza atan ən gənc futbolçu olub. Bu barədə “Actu Foot” məlumat yayıb.

Mbappa İspaniya çempionatının 23-cü turunun “Atletiko” ilə oyununda qol vurmaqla buna nail olub.

Qeyd edək ki, Kilian 2024-cü ilin yayında “Real”a keçib və onun klubla müqaviləsi 2029-cu ilə qədərdir. Fransalı hücumçu Madrid klubunda 34 oyuna çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az