İspaniya

Atam yorulub, inək otarmağa gedəcək – Aneçelottinin oğlu

Madrid “Real”ı Çempionlar Liqasının finalında “Borussiya Dortmund”u məğlub edib (2:0) və kuboku 15-ci dəfə qazanıb, baş məşqçi Ançelotti üçün bu, 5-ci qələbədir.

Aut.az xəbər verir ki, Ançelottinin köməkçisi olan oğlu David atasının tətili necə keçirəcəyi haqda danışıb.

“ Karlo qərarlar verir, amma deyə bilərik ki, biz (məşqçilər və futbolçular – red.) artıq onu yormuşuq. O, daha dözə bilmir, tətilə getmək istəyir. Düşünürəm ki, o, Montanaya inək otarmağa  gedəcək”, – David deyib.

Aut.az