İngiltərə

Van Deykin gələcəyi necə olacaq? – Müəmmalı danışdı

“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deyk gələcəyi ilə bağlı fikirlərini bildirib.

“Gələcək nə gətirəcək? Bununla bağlı heç bir fikrim yoxdur. Nə isə bildiyini söyləyən, ümumiyyətlə heç nə bilmir!” — jurnalist Fabritsio Romano sosial media səhifəsində van Deykdən sitat gətirib.

Niderlandlı futbolçunun mersisaydlılarla müqaviləsi yaya qədərdir. “Liverpul” onu 2018-ci ilin qışında “Sauthempton”dan 84,5 milyon avroya alıb.

Bu müddət ərzində o, bütün turnirlərdə 302 matçda iştirak edib, 26 qol vurub, 13 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur. Hazırda müdafiəçinin 33 yaşı var.

Aut.az