İngiltərə

Biz pul xərcləyə bilərik, çünki pulumuz var – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun transfer xərclərini şərh edib.

Aut.az xəbər verir ki, Pep bu rəqəmi Premyer Liqanın digər nəhəngləri ilə müqayisə edib.

“Son beş ildə xalis xərclər baxımından biz Premyer Liqanın ilk altı komandası arasında sondayıq. Bu transfer pəncərəsində aldıqlarımızdan sonra belə, son mövsümlərdə çoxlu oyunçu satdığımız üçün “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Tottenhem”, hətta “Liverpul”dan çox uzağıq.

Hər halda, hər klub istədiyini edə bilər, elə deyilmi? Əgər xərcləyə biliriksə, bunun səbəbi pulumuzdur. Pul, çünki son 10 ildə biz ilk altı komanda arasında ən çox pul xərcləyən üçüncü klub olmuşuq. Amma görün bu müddət ərzində nə qədər kuboklar qazanmışıq”, – deyə insayder Fabritsio Romano Qvardioladan sitat gətirib.

Aut.az