Qış transfer pəncərəsində rekordlar qırıldı
Futbol klubları qış transfer pəncərəsində 2,35 milyard dollar dəyərində 5863 transfer həyata keçirib.
Publika.az xəbər verir ki, hər iki rəqəm bu dövr üçün rekorddur. Bu barədə FİFA məlumat yayıb.
2025-ci ilin yanvar ayında köçürmələrin ümumi məbləği 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,9%, 2023-cü ildə isə 47,1% çoxdur. 2024-cü ilin yanvar ayı ilə müqayisədə əməliyyatların sayında artım 19,1% təşkil edib.
Qış transfer pəncərəsində ən çox İngiltərə klubları pul xərcləyib – 621,6 milyon dollar. “İlk 5”-liyə Almaniya (295,7 milyon dollar), İtaliya (223,8 milyon dollar), Fransa (209,7 milyon dollar) və Səudiyyə Ərəbistanı (202,1 milyon dollar) komandaları da daxil olub.
Transferlərdən ən çox qazanan Fransa klubları (371 milyon dollar), ikinci yerdə Almaniya (226,2 milyon dollar), İngiltərə (186,2 milyon dollar), Portuqaliya (176,4 milyon dollar) və İtaliya (162 milyon dollar) komandaları gəlir.
Gələn transferlərə görə Braziliya (471), Argentina (265), Portuqaliya (207), İspaniya (200) və İngiltərə (190) liderlik edir. Gedən transferlərə görə ilk yerləri Argentina (255), Braziliya (212), İngiltərə (211), ABŞ (188) və Portuqaliya (170) tutur.
Köçürmələrin ümumi məbləğinə görə rekord qadın futbolunda da yenilənib – 5,8 milyon dollarlıq 455 sövdələşmə (+22,6%) (+180,6%).
