Qrinvurd ən yaxşı seçildi
“Marsel”in yarımmüdafiəçisi Meyson Qrinvud Liqa 1-də dekabrın ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi səsvermədə “Lill”in hücumçusu Conatan Devid və “Lion”lu Rayan Şerkini qabaqlayıb.
Qrinvud dekabrda Liqa 1-də “Marsel” forması ilə 3 matçda 2 qol vurub.
Ümumilikdə o, bu mövsüm Fransa çempionatında 17 matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
