İspaniya

İki ulduzun qovğası – Ançelottinin reaksiyası belə oldu

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Leqanes”lə İspaniya kubokunun 1/4 final matçında (2:3) “Real”ın kapitanı Luka Modriçlə cinah yarımmüdafiəçisi Vinisius Junior arasında baş verən söz davası ilə bağlı fikirlərini bölüşüb

Aut.az xəbər verir ki, Ançelotti “Modriçin Vinisiusu danlaması barədə nə düşünürsünüz?” sualına belə cavab verib:

“Modriçin nə dediyini bilmirəm. Bununla belə, siz həmişə Lukanın dediklərinə hörmət etməlisiniz”.

Xatırladaq ki, xorvatiyalı hesab 2:2 olarkən “Real Madrid”in qapısı yaxınlığında künc zərbəsi yerinə yetirilən vaxt müdafiədə çox çalışmadığı üçün Vinisiusu danlamışdı.

24 yaşlı hücumçu Modriçin iddialarına etiraz edib, bundan sonra sonuncu Vinisiusun ünvanına səsini ucaldıb. Xorvatiyalı yarımmüdafiəçi ilə yanaşı, braziliyalını Federiko Valverde də danlayıb.

Aut.az