Futbolçular onun transferinə qarşı çıxdılar: “Barselona”ya hörmətsizlik edib?
“Barselona” klubu “Atletik”in ispan cinah oyunçusu Niko Uilyamsla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə *El Nacional* nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, lakin komandanın bəzi futbolçuları 22 yaşlı oyunçunun transferinə qarşı çıxırlar. Onlar hesab edirlər ki, Niko ötən yay “Barselona”nın təklifini rədd etməklə kluba hörmətsizlik edib.
2024/25 mövsümündə Niko Uilyams klub səviyyəsində 44 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. *Transfermarkt* portalı futbolçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Aut.az
