Əfsanəvi dimançı itkin düşüb
Əfsanəvi ispan velosipedçisi Oskar Freyre itkin düşüb.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
48 yaşlı idmançı fevralın 4-ü səhər saatlarında açarlarını və telefonunu özü ilə götürmədən evini tərk edib. O vaxtdan bəri onu heç kim görməyib. Freyrenin ailəsi çərşənbə günü səhər polislə əlaqə saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məşhur idmançının avtomobilini tapsalar da, o, içərisində olmayıb. Axtarışlar davam edir.
Freyre 1999, 2001 və 2004-cü illərdə dünya çempionu olub. O, üç dəfə (2004, 2007 və 2010-cu illərdə) İtaliyanın əfsanəvi bir günlük Milan – Sanremo yarışında qalib gəlib. 2005-ci ildə ümumi Tirreno-Adriatiko, 2008-ci ildə isə “Tour de France”ın sprint təsnifatını qazanın.
Freyre peşəkar karyerasını 2012-ci ildə başa vurub. Bu ilin yanvarında Oskarın oğlu peşəkar velosiped idmanında debüt edib.
Aut.az
