İspaniya

“Real” Ronaldonu belə təbrik etdi

“Real” sabiq futbolçusu, hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo ilə bağlı paylaşım edib:

Aut.az xəbər verir ki, “kral klubu” futbolçunu 40 illik yubileyi münasibətilə təbrik edib:

“Hörmətli Kriştiano, klubumuz adından sizi 40 yaşınız münasibətilə təbrik edirik. Bütün azarkeşlərimiz və camiəmiz sizinlə və “Real”dakı tarixi nailiyyətlərinizlə fəxr edirlər. Ailəniz və sevdiklərinizlə xoş vaxt keçirməyinizi arzu edirik”.

Xatırladaq ki, Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib.

Aut.az