Yamalın keçmiş sevgilisi danışdı: Gündəm silkələndi
Lamin Yamalın keçmiş sevgilsii Fati Vaskes jurnalist Xavi Hoyos ilə səmimi podkastdan sonra yenidən diqqət mərkəzindədir.
Aut.az xəbər verir ki, Fati ilk dəfə olaraq “Barselona”nın ulduzu Lamin Yamal ilə romantikasından ətraflı danışıb, onun müğənni Niki Nikol ilə münasibətinə də toxunub.
Fati xatırladıb ki, onların hekayəsi İtaliyada çəkilən fotolardan əvvəl başlayıb. Onun sözlərinə görə, onlar sosial şəbəkədə tanış olublar. İlk görüşləri isə Avropa çempionatı zamanı olub.
“Mən atamla matça baxırdım və o, Lamin haqqında danışırdı, ona görə də ona baxmaq qərarına gəldim. Məhz o zaman bildim ki, o, bir müddətdir mənə yazan oğlandır”, – bloger deyib.
Fati iddia edir ki, İtaliyaya bir gün gec gələndə Lamin məyus olurdu: “O, “Yaxşı ki, gəldin, yoxsa başqa bir qızla tanış olardım” dedi”.
Onun Laminin argentinalı müğənni Niki Nikolla münasibəti ilə bağlı açıqlaması daha sensasion olub:
“Mən əminəm ki, o, həqiqətən ona aşiqdir. Amma Nikki yox. O, sadəcə ondan istifadə edir”.
Üstəlik, Fati Yamalın müxtəlif qadınlarla görüşlər planlaşdıraraq bir növ “qız təqvimi” saxladığına eyham vurub.
Aut.az
