Ronaldo: Mən tarixin ən yaxşı futboçusuyam
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, özünü bütün zamanların ən yaxşı futbolçusu adlandırıb:
“Mən dünyanın, tarixin ən yaxşı futboçusuyam, buna inanıram. Sürətliyəm, güclüyəm, başımla, sol ayağımla qol vururam, heç kim məndən mükəmməl olmayıb. Mən dünyanın ən mükəmməl oyunçusuyam.
Kriştianonun ən mükəmməl olmadığını söyləmək yalandır. Pele, Messi, Maradonaya üstünlük verə bilərsiniz, mən bunu başa düşürəm və hörmət edirəm”.
Aut.az
