Azərbaycan futbolu

“Qarabağ” Romaonu Kadiyə dəyişdi

“Qarabağ” bu qış ilk transferi həyata keçirib.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi “Ferensvaroş”da (Macarıstan) oynayan sabiq futbolçusu Kadi Borgesi heyətinə qatıb.

Braziliyalı futbolçu artıq Bakıdadır. “Qarabağ” Kadinin əvəzində digər futbolçusu Julio Romaonu “Ferensvaroş”a göndərib. Yəni yeni transfer Kadi ilə Romao dəyişdirilib. Artıq “Qarabağ”ın düşərgəsini tərk edən Romao hazırda Macarıstandadır.

Xatırladaq ki, Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar”a, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.