Federasiyanın sabiq vitse-prezidenti həbs edildi
Rusiya Futbol İttifaqının keçmiş vitse-prezidenti Sergey Anoxin Moskvada saxlanılıb.
Aut.az xəbər verir ki, o, kəşfiyyatçılara rüşvət verməkdə şübhəli bilinir. İlkin məlumata görə, funksioner hüquq-mühafizə orqanının əməkdaşına 50 milyon rubl rüşvət verib. Bu barədə “Telegram 112” kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, pulu alan şəxs də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Anoxin 51 yaşındadır, o, 2016-2022-ci illərdə Rusiya Futbol İttifaqının vitse-prezidenti və icraiyyə komitəsinin üzvü olub. 2020-ci ilin sentyabrından 2021-ci ilin noyabrına kimi o, “Ximki” klubunun prezidenti olub.
Aut.az
