Vardi qol vurdu, Ronaldonun rekordunu təkrarladı
Yanvarın 11-də 38 yaşı tamam olan “Lester Siti”nin hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.
Aut.az xəbər verir ki, o, 23-cü turun “Tottenhem”lə oyununda (2:1) qol vurmaqla komandasının qələbə qazanmasına kömək edib. Bu, Vardinin mövsümdə 7-ci qolu olub. Ceymi eyni zamanda 3 məhsuldar ötürmə etdi.
İngilis forvard 37 yaşından sonra Premyer Liqada 10 və ya daha çox qola töhfə beşinci oyunçu olub. Buna son olaraq 2021/22 mövsümündə Ronaldo nail olub. Ondan 10 il əvvəl Rayan Giqqz, 2006/2007 mövsümündə Qari Spid, 2003/04 mövsümündə isə Teddi Şeringem bunu bacarıb.
Aut.az
