33 ildən sonra ilk dəfə
İngiltərə millisi yoldaşlıq görüşündə Uels üzərində 3:0 hesablı qələbə qazanıb.
Aut.az xəbər veri ki, lakin bu qarşılaşmanın əsas diqqətçəkən məqamı nəticə deyil, komandanın start heyəti olub.
“İlk onbirlik”də “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” futbolçularının heç biri yer almayıb. Bu, artıq 33 ildir ki, baş verməyən hadisədir.
Sonuncu dəfə oxşar vəziyyət 1992-ci ildə, İngiltərə millisi Fransaya qarşı oynayarkən qeydə alınıb.
Aut.az
