Dünya futbolu

Belçika yığması ona tapşırıldı

Ötən həftə Domeniko Tedeskonun istefasından sonra Belçika millisinin yeni baş məşqçisinin kim olacağı məlum olub.

Aut.az xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyasının (KBVB) rəsmi saytında verilən məlumata görə, “qırmızı şeytanlar”a fransalı mütəxəssis Rudi Qarsiya başçılıq edəcək.

Qarsiyanın son iş yeri 2023-cü ildə tərk etdiyi “Napoli” olub. O, daha əvvəl “Əl-Nəsr”, “Roma”, “Lion”, “Marsel” və “Lill”i çalışdırıb.

Aut.az