Dünya cempionatıDünya futbolu

DÇ-2026-nın finalı Rusiyada da rekord qırıb

2026-cı il FIFA Dünya Kubokunun finalı – İspaniya – Argentina (1-0) oyunu Rusiyada idman televiziyasında rekord sayda izləmə sayına səbəb olub.

Aut.az xəbər verir ki, bu barədə “Qazprom-Media Holding”in baş direktoru Aleksandr Jarov bildirib.

Bildirilir hədəf auditoriyasının (14-59 yaş arası kişilər) payı 48,7% təşkil edib. Bu nəticə Rusiya üzrə televiziya ölçmələri tarixində mütləq rekorddur. Əlavə vaxt ərzində pay 65%-ə çatıb.

TASS Jarovdan sitat gətirib: “Yəni həmin anda televiziya izləyən bu yaş qrupundakı hər 100 kişidən 65-i bizim yayımı seçib”.

Aut.az