Dünya futbolu

“Real”ın sabiq futbolçusu dövlətə milyonlarla ziyan vurub: Görün nə satırmış

“Real Madrid”in keçmiş futbolçusu Fabio Koentrao Portuqaliya hakimiyyəti tərəfindən tələb olunan lisenziya olmadan dəniz məhsulları biznesi açmaqda ittiham olunur.

Aut.az xəbər verir ki, “Jornal de Noticias”ın məlumatına görə, keçmiş futbolçunun icarəyə götürdüyü anbarda bir ton qeyri-qanuni dəniz məhsulları aşkar edilib.

Təbii Sərvətlər, Təhlükəsizlik və Dəniz Xidmətləri Baş Müdirliyinin (DGRM) müfəttişləri xərçəng, karides və kambala dolu 12 şən aşkar ediblər. Nəşr bildirir ki, Koentrau fəaliyyət göstərmək və ya satmaq üçün lisenziyası olmayan qeyri-qanuni biznes açıb.

Bir ton dəniz məhsulunun 760 kiloqramının sənədi olmayıb və qeyri-qanuni hesab edilib.

Keçmiş futbolçunun 7 aydan artıqdır ki, bu işlə məşğul olduğu və dövlətə milyonlarla ziyan vurduğu da məlumdur.

Koentrao son peşəkar matçını 2021-ci ilin mayında keçirib.

Aut.az