Tennis

Rus tennisçi oyun zamanı anasını tribunadan qovdu – Səbəb bəllidir

Rusiyalı tennisçi Diana Şnayder Avstraliya Açıq çempionatının ilk tur matçında anasını tribunadan qovduğunu etiraf edib.

Aut.az xəbər verir ki, Şnayder bazar ertəsi ilk raundda italiyalı Elisabetta Kokkiarettoya 7:6 (7:4), 6:4 hesabı ilə qalib gəlib. Görüş zamanı rus idmançı anasından tribunaları tərk etməsini istəyib.

“Onu tribunadan qovdum. Onun üçün çox çətindir, bəlkə də məndən də çətindir. Mən onun gərginliyini hiss edirəm və daha da əsəbiləşməyə başlayıram. Ona görə də onu qovdum. Qoy əsəblərini qorusun. Ailə üçün matçları izləmək çox çətindir, lakin mən onların dəstəyinə görə minnətdaram”, – Şnayder görüşdən sonra deyib.

Aut.az