Tennis

Sensasiyalı məğlubiyyətdən sonra özünü itirdi: Qışqırdı, ağladı və… – VİDEO

2026-cı il Uimbldon turnirinin əsas sensasiyalarından biri qadınların yarışında yaşanıb.

Aut.az xəbər verir ki, turnirin son çempionu İqa Şvyontek gözlənilmədən üçüncü mərhələdə Filippin təmsilçisi Aleksandra Ealaya məğlub olaraq mübarizəni dayandırıb.

2 saat 15 dəqiqə davam edən qarşılaşma dünya reytinqinin 32-ci pilləsində qərarlaşan Ealanın 7:6, 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Polşalı tennisçi üçün bu nəticə son iki ildə Böyük Dəbilqə turnirlərində qeydə aldığı ən uğursuz çıxış olub. Şvyontek həm mütəxəssislərin, həm də azarkeşlərin gözlədiyindən xeyli tez turnirlə vidalaşıb.

Görüş zamanı Şvyontekin davranışı da diqqət çəkib. Polşalı tennisçinin oyunun gedişatını psixoloji cəhətdən çox ağır keçirdiyi hiss olunub.

O, uduzduğu epizodlardan sonra bir neçə dəfə emosional şəkildə qışqırıb, raketkasını korta çırpıb, geymlər arasındakı fasilələrdə isə sakitləşmək və diqqətini toplamaq üçün başını dəsmalın altına gizlədib.

Şvyontekin üzərində psixoloji təzyiqin böyük olduğu aydın görünürdü. O, ötən il qazandığı çempionluq titulunu qoruyurdu. Buna görə də hər uğursuzluq təkcə turnirlə erkən vidalaşmaq deyil, həm də əhəmiyyətli reytinq xallarının itirilməsi demək idi. Bu səbəbdən hər uduzduğu geym onun emosiyalarını daha da artırırdı.

Aut.az