Dünyanın bir nömrəsinin qeyri-etik jesti aranı qatdı – VİDEO
Dünyanın bir nömrəli ennisçisi Arina Sobolenko və komandasının üzvləri ” Australian Open 2025″in finalından sonra tərbiyəsiz jetslə gündəmə gəliblər.
Aut.az xəbər verir ki, belaruslu idmançı mükafatını yerə qoyub. Sonra isə komanda üzvlərindən biri kubokun üzərinə təbii ehtiyacını ödəyirmiş kimi jest edib.
Eyni hərəkəti Arinanın sevgilisi, sonra isə özü də təkrarlayıb. Sosial şəbəkələrdə yüzlərlə tennis həvəskarı bu jesti tənqid edib. Tennisçi turnirə hörmətsizlikdə ittiham olunub. Bəziləri hətta onun Avstraliya Açıq çempionatından kənarlaşdırılmasını tələb edib.

Aut.az
