Tennis

49 ildir bu yaşanmırdı

1977-ci ildən bəri ilk dəfə “Rolan Qarros”un yarımfinalında Böyük Dəbilqə turnirlərinin əvvəlki qaliblərindən heç biri yer almayacaq.

Aut.az xəbər verir ki, “Opta” portalının məlumatına görə, kişilər və qadınlar arasında əsas püşkatmada ümumilikdə 16 Böyük Dəbilqə çempionu mübarizəyə başlasa da, onların hamısı müxtəlif mərhələlərdə turnirlə vidalaşıb.

İkinci mərhələdə Sloan Stivens, Sofiya Kenin, Emma Radukanu, Barbora Kreyçikova, Marin Çiliç, Daniil Medvedev və Stan Vavrinka mübarizəni dayandırıblar.

Daha sonra Yelena Ostapenko, Yelena Rıbakina və Yannik Sinner turnirdən kənarda qalıb. Kori Qauff və Novak Cokoviç isə dördüncü mərhələyə yüksələ bilməyiblər.

1/4 finalda Medison Kiz, İqa Şvyontek, Naomi Osaka və dünya reytinqinin bir nömrəsi Arina Sobolenko məğlub olublar. Sobolenko bu mərhələdə rusiyalı Diana Şnayderə uduzub.

Aut.az