Tennis

“Uimbldon”nun startına hazır olacaq? – Həkim deyir ki…

İyunun 5-də Novak Cokoviçin sağ dizində artroskopik əməliyyat keçirən doktor Antuan Geromette hesab edir ki, serb tennisçinin “Uimbldon”un startına tam hazır olması ehtimalı azdır.

Aut.az xəbər verir ki, Cokoviç menisk zədəsi səbəbindən Rolan Qarrosun 1/4 finalında turnirdən çəkilmişdi.

“Həmişə xəyal edib bunun çox tez keçəcəyini söyləyə bilərsiniz, amma bu, dizin necə reaksiya verəcəyindən asılı olacaq.

Dəyişikliklər günü-gündən baş verəcək, amma onun bir həftə, iki həftə və s. sonra hansı vəziyyətdə olacağını proqnozlaşdırmaq mümkün deyil. Üç həftədən sonra onun 100% hazır olacağı ehtimalı az görünür”, – “L’Equipe” cərrahın sözlərini sitat gətirib.

“Uimbldon” tennis turniri iyulun 1-dən 14-dək keçiriləcək.

Aut.az