Bu dəfə onu “bəzədi” – Futbolçu deyil, hip-hopla məşğul olmalıdır
“Roma”nın və “Milan”ın sabiq futbolçusu Antonio Kassano yenidən “rossonerilər”in hücumçusu Rafael Leaonu tənqid edib.
“Bir daha deyirəm: bu oyunçunun xarakteri yoxdur. Super kubokdan sonra çoxları onu təriflədi, amma mən yox. İndi vəziyyət təkrarlanır: “Kalyari” ilə qarşılaşmada zəif oynadı.
Onun Fonseka ilə problemləri var idi və indi hətta Konseysao da Leaonun orta səviyyəli oyunçu olduğunu başa düşməyə başlayır. Təsəvvür edin: o, 8 milyon avro qazanır, amma düzgün ötürmə edə və qol vura bilmir. Leao futbolçu deyil, o, hip-hopla məşğul olmalıdır, bu sahədə daha yaxşıdır”, – Kassano bildirib.
Antonio “Milan”ın “İnter”i 3:2 hesabı ilə məğlub etdiyi İtaliya Superkuboku matçından sonra da Leonu tənqid edib. Kassano qeyd etdi ki, Rafael komanda yoldaşlarına kömək etməkdən daha çox onlara əngəl törədir.
Aut.az
