İtaliyaİngiltərə

“Yuventus” onu “Yunayted”dən alır: Amma iki şərti var

 “Yuventus” “Mançester Yunayted “in “Betis”də icarə əsasında çıxış edən 25 yaşlı cinah oyunçusu Antoni ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “TuttoJuve” məlumat yayıb.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçu Turin klubuna keçmək variantına da müsbət baxır.

Ancaq transferin baş tutması üçün iki şərt yerinə yetirilməlidir: birincisi, “qırmızı şeytanlar” Antoninin transferi üçün istədikləri məbləği azaltmalıdırlar ki , bu da 50 milyon avrodur. İkincisi isə futbolçu maaşının azalmasına razılaşmalıdır. “Mançester Yunayted”də braziliyalının maaşı ildə 14 milyon avrodur.

Antoni ötən ilin yanvarında “Betis”ə icarəyə verilib. Bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 21 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Aut.az