Peres qəzəblidir: Ançelottini qovur?
“Real” italiyalı baş məşqçisi Karlo Ançelotti tezliklə tutduğu vəzifədən qovula bilər.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu”nun prezidenti Florentino Peres İspaniya Superkubokunun finalında “Barselona”ya biabırçı məğlubiyyətindən (2:5) qəzəblənib və ümumilikdə komandanın oyunundan narazıdır.
Qeyd olunur ki, Ançelottinin nəinki komandanın nəticələrini düzəltmək üçün hələ bir az vaxtı var. Mütəxəssis bunu edə bilməsə, işdən çıxarılacaq.
“Real” La Liqada 19 matçdan sonra 43 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Klub Çempionlar Liqasında 6 oyunda 9 xal toplayaraq 20-ci pillədədir.
Aut.az
