Ronaldo yaşadığı oteldə rekord məbləğ ödəyib – FOTOLAR
“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Ər-Riyaddakı “Four Seasons” otelində qalarkən böyük hesab ödəyib.
Aut.az xəbər verir ki, o, təkcə ailəsi ilə deyil, həm də dostları və çalışdığı komandası ilə oteldə qalıb.
Ronaldo bütöv bir mərtəbəni icarəyə götürüb və orada böyük bir ailə üçün hər şey olub. Yemək otağı, qonaq otağı, kinoteatr və şəhərə baxan qızılı mərmər vanna otağı.
Kriştiano oteldənƏr-Riyaddakı evinə köçəndə 250 min funt-sterlinq ödəməli olub. Bu barədə “Sportbible” məlumat yayıb.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlində bir neçə ay bu oteldə yaşayıb.
Aut.az






