İngiltərə

Premyer Liqanın meksikalı bombardiri: Çiçaritonu qabaqladı

Bazar günü, yanvarın 5-də Premyer Liqanın 20-ci turunda “Fulhem” “İpsviç”lə heç-heçə edib (2:2).

Aut.az xəbər verir ki, Raul Ximenes londonluların heyətində iki dəfə penaltidən fərqlənərək dubl edib.

İndi Ximenesin Premyer Liqada 55 qolu var. O, bu gösətricidə meksikalılar arasında liqanın bombardiri olub.

Raul “Mançester Yunayted” və “Vest Hem”də 53 qol vuran Çiçaritonu qabaqlayıb.

Aut.az