Sautqeyt bu klubun təklifini rədd etdi
İngilis mütəxəssis Qaret Sautqeyt “Everton”un baş məşqçisi olmaq təklifindən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə idman jurnalisti Ben Ceykobs məlumat verib.
Şon Dayç işdən çıxarıldıqdan sonra klub rəhbərliyi 53 yaşlı mütəxəssisə müraciət edib. Lakin yayda İngiltərə yığmasının baş məşqçisi postunu tərk edən Sautqeyt işsiz qalmaq qərarına gəlib.
İndi “Everton” baş məşqçi postuna başqa namizəd axtarır.
Aut.az
