İngiltərə

De Bruyne 100-ə çatdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne İngiltərə Premyer Liqasının 32-ci turunun “Kristal Pelas”la matçında (4:2) dubl edib.

Aut.az xəbər verir ki, 70-ci dəqiqədə vurulan ikinci qol belçikalı futbolçu üçün əlamətdar olub. O, “şəhərlilər”in heyətində 100-cü dəfə fərqlənməyi bacarıb. O, buna 372 matçda nail olub.

De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində belçikalı komandası ilə birlikdə UEFA Çempionlar Liqası da daxil olmaqla 17 kubok qazanıb. O, yarımmüdafiəçi 167 məhsuldar ötürmə də edib.