İspaniya

“Barselona” və “Real”ın rəqibləri müəyyənləşdi

İspaniya kubokunun 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Aut.az xəbər verir ki, bu mərhələdə mübarizə aparacaq “Real” və “Barselona”nın rəqibləri müəyyənləşib. 1/4 final uğrunda mübarizədə Madrid klubu “Selta” ilə, “Barsa” isə “Betis” ilə üz-üzə gələcək.

Qarşılaşmalar yanvarda baş tutacaq, dəqiq tarixlər daha sonra açıqlanacaq.

İspaniya kuboku, 1/8 final

Pontevedra – Getafe
Ourense  – Valensiya
Almeriya – Leqanes
Elçe – Atletico Madrid
Real – Celta Vigo
Barselona – Betis
Real Socyedad – Rayo Valyekano
Atletik – Osasuna

Aut.az